• 16 Dekabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8926 , Rus rublu: 0.0271 Türk lirəsi: 0.2924

Bitkoinin faydası yoxdur

20:30 11/02/19 | Dünya İqtisadiyyatı

Ekspert: «Kriptovalyutadan yalnız hökumətdən xəbərsiz pul köçürmələri məqsədilə cinayətkarlar istifadə edir»

Kriptovalyutanın faydası yoxdur və ondan yalnız hökumətdən xəbərsiz pul köçürmələri məqsədilə cinayətkarlar istifadə edirlər. Bu sözləri Harvard Universitetinin kriptoqrafiya üzrə müəllimi Bryus Şnayer söyləyib.

Onun sözlərinə görə, bitkoin özünün əsas təyinatına uyğun deyil, ondan istifadə etmək isə mürəkkəb və təhlükəlidir. Ekspert xatırladıb ki, rəqəmsal pullar etimada söykənməyən elektron tranzaksiyaları təmin etmək məqsədilə icad olunub. “Lakin blokçeyn özü bunsuz fəaliyyət göstərə bilməz: istifadəçilər maynerlərə etimad göstərməli, tranzaksiyaları təsdiq etdirməlidir, başqa yolla bütün bu sistem çökə bilər. Əgər sizin bitkoin-birjanıza müdaxilə olarsa, bütün pullarınızı itirəcəksiniz. Sizin oradakı “pul kisənizin” oğurlanması vəsaitlərinizin tamamilə itirilməsi ilə nəticələnəcək. Qeydiyyat məlumatlarınız itdiyində də pullarınızdan məhrum ola bilərsiniz", -deyə mütəxəssis vurğulayıb.

Şnayer kriptovalyutanı lazımsız, blokçeynin dəyişməsini isə üstünlük deyil, problem gətirəcək amil kimi qiymətləndirib. “Bir səhvə yol verilməsi bütün əmanətinizin itirilməsinə səbəb ola bilər, həm də bu zaman istifadəçilər birjalara etimad göstərməlidir”, -deyə Harvard mütəxəssisi sözlərinə yekun vurub.

Bryus Şnayer kriptoqraf, yazıçı və kompüter təhlükəsizliyi mütəxəssisidir. O, bu sahələrdə bir neçə kitabın müəllifi, Beynəlxalq Kriptoqrafiya Tədqiqatları Assosiasiyasının direktorlar şurasının üzvüdür. Mütəxəssis, həmçinin “Bell Labs” və ABŞ Müdafiə Nazirliyində işləyib.


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?