• 23 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8739 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2962

Borcların silinmə prosesi 3 ay müddətində başa çatmalıdır

19:20 28/02/19 | İqtisadiyyat

Ekspert: «Çox güman ki, birinci ay borcların araşdırılması ilə bağlı məsələyə sərf olunacaq»

«2012-ci ilin yanvarın 1-dən 2015-ci ilin fevralın 1-nə qədər dollarla kredit götürüb 6 min dollar borcu olan fiziki şəxsin borcundan fərmana görə 900 dollar, 8 min dollar borc götürübsə 1200 dollar, 10 min dollarlıq borc götürübsə 1500 dolları silinəcək». Bu sözləri iqtisadçı Qubad İbadoğlu Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanını şərh edərkən deyib.

O bildirib ki, prezidentin fərmanı fiziki şəxsləri əhatə edəcək: “Borcların silinməsinə növbəti 3 aydan başlanılmalıdır. Çox güman ki, birinci ay borcların araşdırılması ilə bağlı məsələyə sərf olunacaq. Ona görə, real olaraq bu proses növbəti iki ayda həll olunacaq.

Qısaca desək, borcların silinməsi növbəti yox, ondan sonrakı aydan etibarən başlanılacaq. Fərman ancaq devalvasiya nəticəsində borcların qaytarılması çətinliyi ilə üzləşən şəxslərə aid ediləcək. Bu şəxslər əsasən iki qrupa bölünəcək. 2012-ci il yanvarın 1-dən 2015-ci ilin 21 fevralına qədər müqavilə imzalayanlar. Əgər bu müqavilə nəticəsində onların qalıq borcları 10 min dollardan çox deyilsə və yaxud 17 min manatı keçməyibsə, o halda həmin borc ABŞ dolları ilə götürülübsə və yaxud ABŞ dolları ilə rəsmiləşdirilib, manatla verilibsə və ödənilmə yenə də dollar ekvivalentində aparılırsa, onda 1 ABŞ dollarına görə həmin borcların 0,5 dollar hissəsi silinəcək. 1 dolların manatla götürülmüş məbləğində isə 25 qəpik silinəcək”.

Q.İbadoğlu bildirib ki, 2015-ci ilin fevral ayından 2015-ci ilin dekabrın 21-nə qədər olan borclarda isə tətbiq edilən əmsallar fərqlidir. Çünki o zaman devalvasiya daha kəskin olub: “Odur ki, bu zaman kəsiyi arasında bağlanan dollar kredit müqavilələrinə 1 dollara görə 35 sent, əgər dollar ekvivalentində manatladırsa, onda 1 dollara görə 0,6 manat vəsait silinir. Bu, qalıq borclarına şamil olunur. Ancaq bu fərman manatla götürülmüş kreditlərə şamil edilməyəcək. Ancaq dollar ekvivalentində manatla verilmiş borcları əhatə edəcək. Bu silinmə prosesi 3 ay müddətində başa çatmalıdır. Borcların silinməsindəın sonra yerdə qalan məbləğ birbaşa fiziki şəxslərin sərəncamına veriləcək. Bu o deməkdir ki, həmin məbləğ əsas borc silinəndən sonra cərimələrin, sanksiyaların ödənilməsinə istifadə edilə bilər. Bununla əlaqədar olaraq banklar öz iddialarını məhkəmələrdən geri götürməlidir. Burada söhbət təkcə banklara olan borclardan getmir, qeyri-bank kredit təşkilatlarına olan borclardan da gedir”.

İqtisadçı fərmanın daha aydın başa düşülməsi üçün bir misal da çəkib: “Burada bir məsələni diqqətdə saxlamaq lazımdır. Ola bilər ki, məsələn, ikinci devalvasiya aralığında (21 fevral - 21 dekabr 2015) fiziki şəxs götürdüyü 10 min dollarlıq borcun bir hissəsini ödəyib və ödənişin məbləği 3500-dən aşağı qalıb. Amma fərmana görə onun silinmə haqqı 3500-dür. Vətəndaşın ödəməli olduğu məbləğ 2000 dollar qalıbsa, onun 1500 dolları fiziki şəxsin öz sərəncamına veriləcək”.


Facebook

Instagram

Youtube

SORĞU


test