• 16 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8818 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.3006

Keçi südü əvəzsiz faydalara malikdir

17:25 29/03/19 | Maraqlı

Bu nadir tapılan mineral, immuniteti gücləndirməklə yanaşı, onu bir çox xəstəliklərə qarşı qoruyur

Keçi südü immuniteti gücləndirməyə, ürək sağlamlığını qorumağa, sümükləri möhkəmləndirməyə, kilo verməyə kömək edir. Ölkəmizdə və dünyada çox istehlak edilən inək südünə görə, keçi südünün tapılması bir az daha çətindir. Keçi südünün təsirləri və faydaları araşdırıldıqdan sonra onu daha da məşhurlaşdırmışdır.

Araşdırmalar göstərir ki, keçi südü dünyada süd tədarükünün yalnız 2% -ni təşkil edir. Həzm prosesini asanlaşdırdığı üçün mütəxəssislər həm uşaqların, həm də böyüklərin istifadəsini tövsiyə edir:

Sümükləri gücləndirir

Keçi südü də digərləri kimi yüksək miqdarda kalsiumdan ibarətdir. Kalsium isə sümük əriməsinin qarşısını alır və sümükləri daha güclü saxlayır.

Mədəyə narahatlıq vermir 

Keçi südünün bir digər xüsusiyyəti inək südünün tez-tez səbəb olduğu mədə narahatlıqlarını yaşatmamasıdır. Mütəxəssislər bildirir ki, keçi südünü mədə üçün çox faydalıdır.

İmmuniteti artırır

İnək südünün tərkibində az miqdarda selen var. Lakin keçi südündə selenin sayı olduqca çoxdur. Bu nadir tapılan mineral, immuniteti gücləndirməklə yanaşı, bir çox xəstəliklərə qarşı qoruyur, infeksiyaların qarşısını alır.

Maddələr mübadiləsini gücləndirir

Keçi südü inək südü ilə müqayisədə daha zəngindir. Araşdırmalar göstərir ki, 1 stəkan keçi südündə gündəlik lazım olan 40% kalsium, B vitamininin 20%-i və əhəmiyyətli miqdarda kalium və fosfor var.

Ürək sağlamlığını qoruyur

Araşdırmalar göstərir ki, keçi südündəki xolesterinin miqdarı təhlükəsizdir. Tərkibindəki əsas yağlar ürək xəstəlikləri, infarkt kimi təhlükələrə qarşı qoruyucu təsir göstərir. Keçi südündəki yüksək kalium səviyyəsi damarlardakı təzyiqin azalmasına kömək edir. 


Facebook

Instagram

Youtube

SORĞU


test