• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

Diaspor təşkilatları arasında əlaqələr güclənib

13:00 10/04/19 | Diaspora

Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanma prosesi yeni mərhələyə qədəm qoyub

Azərbaycanı kənarda layiqincə tanıtmaq diaspor təşkilatlarımızın çiyninə düşən əsas vəzifədir. Burada istəkdən başqa heç bir problem olmamalıdır. Çünki yaşadıqları ölkələrin əksəriyyətində buna nümunə üçün kifayət qədər təcrübələr var. Diasporla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdə davamlı işlər görür.

Komitənin müəyyənləşdirdiyi yeni strategiya diasporlarımız tərəfindən də dəstəklənir və təşkilatlar birgə fəaliyyətlə bağlı razılığa gəlirlər. Artıq bir öl­kə daxi­lin­də ay­rı-ay­rı­lıq­da fəaliy­yət gös­tə­rən icma və qu­rum­la­rın ko­or­di­na­si­ya şuraları yaradılır, həmçinin diaspor təş­ki­lat­la­rı­nın qi­tə­lər üz­rə bir­ləş­di­rilərək əlaqələndirilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, son dövr ər­zin­də Alma­ni­ya, Fran­sa, İs­veç­rə, İsveç, Hollandiya, Belçika kimi iri döv­lət­lə­r­də Azərbaycanlıların Koordina­si­ya Şu­ra­la­rı ya­ra­dılıb. Soydaşlarımızın və eləcə də ictimaiyyət nümayəndələrinin rəyinə görə, yeni təşkilatlanma prinsipi diaspor fəaliyyətinin can­lan­masına əlavə stimul verib. Belə ki, Koordinasiya Şuraları soydaşlarımız, eləcə də diaspor təşkilatları arasında inteqrasiya meyllərini gücləndirəcək, daha yaxşı əlaqələndir­ilməklə onların daha məqsədyönlü, konsrtuktiv və aktiv fəaliyyətini təmin edəcəkdir.

Ən son yaradılan Skandinaviya Azərbaycanlıları Koodrinasiya Şurası İsveç, Norveç, Finlandiya və Danimarkadakı azərbaycanlıları birləşdirəcək, diaspor təşkilatlarının fəaliyyətini koordinasiya edəcək. Şuranın təsis edilməsi ilə əlaqədar keçirilən konfransda vurğulanıb ki, hansı ölkədə yaşayıb işləməsindən asılı olmayaraq hər bir azərbaycanlı ölkəmizin milli maraqlarına, dövlət məsələlərinə diqqətlə yanaşmalı və vətənimizin ümumi reallıqlarının təşviq olunmasında, tanıdılmasında əlindən gələni etməlidir.

Skandinaviya regionunda fəaliyyət göstərən diaspor üzvlərini həmrəy olmağa çağıran Dövlət Komitəsinin sədri deyib: "Bizim məqsədimiz hər bir ölkədə, ümumi diaspor məsələləri ilə bağlı strateji istiqamətlərin müəyyənləşdirilməsi və yerlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının daha da güclənməsindən ibarətdir. Bunun üçün isə dünyadakı bütün azərbaycanlıların azərbaycançılıq ideyasını rəhbər tutaraq birləşdirilməsi vacibdir".

Azər­bay­can­lı­la­rın Ko­or­di­na­si­ya Şu­ra­la­rı­nı for­ma­laş­dı­ran soydaşları­mız bu qu­rum­la­rın ya­ran­ma­sı ilə Azər­bay­can di­as­po­run­da ye­ni mər­hə­lə­nin baş­lan­dı­ğı­nı eti­raf edir­lər. Soy­daş­la­rı­mız bu şu­ra­la­rı Azər­bay­can di­as­po­ru­nun həm­rəy­lik nü­ma­yiş et­dir­mə­si, ye­ni metodlar­dan is­ti­fa­də et­mə­si döv­rü ad­lan­dı­rır. On­la­rın fik­rin­cə, diaspor sa­hə­sin­də tət­biq edi­lən ye­ni me­tod­lar tezliklə lob­bi quruculuğunda da özünü göstərəcək. Gənc­lə­ri­mi­zin yer­li par­ti­ya­la­ra üzv ol­ma­sı­nın ak­tu­al mə­sə­lə­yə çev­ril­di­yi­ni və gün­dəm­də ol­du­ğu­nu de­yən xaircdəki azərbayanlılar hesab edir ki, əsas hədəflərdən biri də yerli cəmiyyətə in­teq­ra­si­ya­nın dinamikliyidir.

Qeyd edək ki, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və qurumlanmasının real prosesi Dağlıq Qarabağ ətrafında atəşkəsin əldə edilməsindən sonrakı dövrə təsadüf edir. Bu təşkilatlanmanın ideoloji əsasları isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyuldu. O illərdə xarici ölkələrə etdiyi səfərlərində Heydər Əliyev həmin ölkələrdə yaşayan azərbaycanlıların nümayəndələri ilə görüşlər keçirər və onları vahid ideya, Azərbaycançılıq ideyası ətrafında birləşməyə və Azərbaycanın maraqlarının keşiyində durmağa çağırardı. Bu da Azərbaycançılıq ideya və məfkurəsinin diaspor qurumlanmasının məfkurəsinə çevirdi və bu məfkurə ətrafında Azərbaycan diasporunun təşkilatlanmasının fəal dövrü başladı.

​Eyni zamanda həmin illərdə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanma konsepsiyasi da müəyyənləşdirildi. Bu konsepsiyaya əsasən – dünya azərbaycanlıları xalqımızın ayrılmaz hissəsi kimi qəbul edilməli, Azərbaycan Respublikası bütün azərbaycanlıların vətəni sayılmalı, əqidə və əməl birliyi zəminində azərbaycanlıların elmi şəkildə təşkilatlanması aparılmalı idi.

​Dünya azərbaycanlılarının təşkilatlanmağa başladığı ilk illərdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni və ermənipərəst qüvvələrin apardığı qeyri-obyektiv təbliğatın ifşası, Azərbaycan həqiqətləri ilə bağlı doğru informasiyanın yayılması Azərbaycan diaspor qurumlarının qarşısında dayanan əsas vəzifələrdən biri kimi qəbul edildi. ​İstər ulu öndər Heydər Əliyevin qurultay iştirakçıları qarşısındakı çıxışında, istərsə də qurultaya təqdim olunmuş hesabat məruzəsində Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzündən, Dağlıq Qarabağ münaqişəsi ətrafında ermənipərəst qüvvələrin apardığı təbliğattın mahiyyətindən geniş söhbət açıldı, Azərbaycan Respublikasına qarşı hər hansı formada, daxildən və xaricdən göstərilən təcavüzün qarşısının alınması, lobbiçilik fəaliyyətinin genişləndirilməsi, milli maraqların müdafiə olunması hər bir Azərbaycan icmasının və xaricdə yaşayan hər bir azərbaycanlının müqəddəs vəzifəsi kimi dəyərləndirildi .

​​Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı statistik materiallarda Azərbaycan diasporu tərəfindən təşkil edilən tədbirlər haqqında geniş məlumatlar verilmişdir. Bildirilir ki, bir tərəfdən bu tədbirlər davamlı xarakter daşıyır, digər tərəfdən də həmin tədbirlərdə Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzün mahiyyəti haqqında daha obyektiv məlumatlar dünya ictimaiyyətinə çatdırılır.

​Qəbul edilən qətnamələrdə Azərbaycan həqiqətlərinin təbliğinin gücləndirilməsi diaspor qurumlarının qarşısında dayanan başlıca vəzifələrdən biri kimi dəyərləndirilir. Bununla bağlı qərara alınıb ki, xarici ölkələrin parlamentlərində, dövlət və yerli özünüidarə orqanlarında azərbaycanlıların daha geniş təmsil olunmasına diqqət yetirilsin, azərbaycanlı icmaların fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələri yaxşılaşdırılsın, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesi davam etdirilsin.

Ümumilikdə qəbul edilmiş “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası”nda beynəlxalq aləmdə erməni təbliğatına qarşı işin təşkili və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması üçün diaspor qurumlarının qarşısında dayanan konkret fəaliyyət istiqamətləri də müəyyənləşdirilib.

Cavanşir QƏDİMOV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?