• 2019.05.22

"Bakı Marafonu 2019”un qalibləri mükafatlandırılıb

15:00 05/05/19 | İdman

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2019”un kişi və qadın kateqoriyaları üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.

Azadaz xəbər verir ki, mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda keçirilib. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxanlar isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, kişilər arasında uqandalı atlet İsmail Ssenyange birinci, İran təmsilçisi Məhəmməd Cəfər Moradi ikinci, həmyerlimiz Elman Abışov isə üçüncü yerə sahib çıxıb. Qadınların arasında isə ukraynalı Valentina Poltavskaya, şotlandiyalı Suzanne Matonti və Azərbaycan təmsilçisi Anna Yusupova müvafiq olaraq I-III yerləri tutublar.