• 2019.05.22

Millimiz UEFA İnkişaf turnirinə qələbə ilə başlayıb

17:00 07/05/19 | İdman

Futbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Minskdə təşkil edilən UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Alina Nəhmədova və Nisrine Zerioul vurub.

U-16 növbəti oyununu mayın 9-da Belarus yığmasına qarşı keçirəcək.