• 2019.05.22

Diaspor təşkilatları potensialını səfərbər etməlidir

13:57 14/05/19 | Diaspora

Döv­lət­lə­rin bey­nəl­xalq nü­fu­zu­nun formalaşmasında diaspora əsas ye­rlərdən birini tu­tur

Son illər ölkəmizdə bir çox sahələr üzrə müsbət dəyişikliklərin və inkişafın şahidiyik. Bu cür inkişaf və tərəqqinin nəticəsidir ki, hazırda bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrimiz var. Belə müsbət əlaqələr sayəsində Azərbaycan haqqında həqiqət və nailiyyətlər dünya birliyinə olduğu kimi çatdırılır. Ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında isə diasporumuzun rolu əvəzsizdir.

Həqiqətən də müstəqillik illərindən sonra hər bir sahə kimi diaspor sahəsində də müşahidə edilən tərəqqi, inkişaf qısa müddət ərzində Azərbaycan diasporunun genişlənməsi, yayılmasına, ölkəmizin haqq səsinin diaspor təşkilatları vasitəsilə dünya ölkələrinə çatdırılmasına zəmin yaratdı. Dünyanın demək olar ki, hər bir ölkəsində fəaliyyət göstərən diaspor təşkilatları artıq Azərbaycan dövlətinin dəstəyi, diqqət və qayğısı nəticəsində fəaliyyət göstərdiyi ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamağa başlayıb.

No­vo­si­birs­kdə­ki diaspor fəallarımızdan olan Mir­ka­zım Se­yi­dov qeyd edib ki, Azərbay­ca­nın di­as­por təş­ki­lat­la­rı fəa­liy­yət gös­tər­dik­lə­ri öl­kə­lər­də artıq siya­si qüv­və­yə çev­ril­ir və ak­tiv­li­yi­ni da­ha da ar­tırır. Onun sözlərinə görə, di­as­por işi artıq Azər­bay­can döv­lə­ti­nin xa­ri­ci siyasəti­nin ana qo­ludur: "Tə­bii ki, hər han­sı bir döv­lə­tin qüd­rə­ti­nin dün­ya səviyyə­sin­də görünməsin­də onun tək­cə xa­ri­ci dip­lo­ma­ti­ya­sı de­yil, həm də di­as­po­ru müs­təs­na rol oy­na­yır. Di­as­por elə bir va­cib sa­hə­dir ki, döv­lət­lə­rin güclənmə­sin­də, bey­nəl­xalq nü­fu­zu­nun formalaşmasında əsas ye­ri tu­tur. Tə­sa­dü­fi de­yil ki, həm ulu öndərimiz, həm də möh­tə­rəm Pre­zi­den­ti­miz hə­mi­şə bu sa­hə­ni xü­su­si diq­qət­də sax­la­yıb. Məhz on­la­rın əmə­yi nəticəsində bu gün xa­ric­də Azər­bay­can di­as­po­ra­sı for­ma­la­şıb. De­mək olmaz ki, bu gün di­as­por fəa­liy­yə­ti­miz aşa­ğı sə­viy­yə­də­dir. Qı­sa müd­dət­də bö­yük iş­lər gö­rü­lüb, di­as­por ar­tıq for­ma­la­şıb".
M.Se­yi­dov onu da qeyd edib ki, di­as­po­run təş­kil et­di­yi təd­bir­lər­də dai­m iş­ti­rak edir. Rəhbərlik etdiyi Türk­dil­li Xalq­lar­la Slav­yan Xalq­la­rı arasında Əmək­daş­lıq Fon­du­nun Fəa­liy­yə­ti­nə gə­lin­cə, bu ide­ya M.Seyido­va məx­sus­dur: "No­vo­si­birs­kdə­ki Hey­dər Əli­yev adına Forumun əmək­daş­la­rı ilə mü­za­ki­rə­lər­dən son­ra, in­di­ki zamanda be­lə bir fon­dun ya­ra­dıl­ma­sı­nı zə­ru­ri say­dıq. Məq­sə­di­miz türk­dil­li xalq­lar­la slayvan xalq­la­rı ara­sın­da dost­lu­ğu da­ha da möhkəm­lən­dir­mək, mə­də­ni əla­qə­lə­rin ge­niş­lən­mə­sin­də iş­ti­rak etməkdir. Hə­dəf­lə­ri­miz Hey­dər Əli­yev adı­na Fo­ru­mun qar­şı­ya qoydu­ğu məq­səd­lə­ri da­ha geniş for­ma­da reallaşdır­maq­dır. Be­lə ki, bu fon­dun qar­şı­ya qoy­du­ğu əsas məq­səd­lər­dən bi­ri də Hey­dər Əli­yev məf­ku­rə­si­nin, ideo­lo­gi­ya­sı­nın də­rin­dən dərk olunma­sı və bü­tün dünya xalq­la­rı­na, döv­lət­lə­ri­nə ta­nı­dıl­ma­sı­dır. Ey­ni zaman­da türk­dil­li və slav­yan xalq­la­rı ara­sı­da əla­qə­lə­ri ge­niş­lən­dir­mək­dir. Bi­lir­si­niz, həm türk­dil­li döv­lət­lə­rin, həm də slav­yan döv­lət­lə­ri­nin birləşdiyi müx­tə­lif bey­nəl­xalq təş­ki­lat­lar möv­cud­dur. Ey­ni za­man­da bu xalqları təm­sil edən döv­lət­lə­rin bir­gə ya­rat­dı­ğı təş­ki­lat­lar var. Məsələn, Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı, Qa­ra Də­niz İqtisa­di Əməkdaşlıq Təş­ki­la­tı və s. ki­mi qu­rum­lar. Qeyd edim ki, Azər­bay­can döv­lə­ti­nin, şəx­sən pre­zi­dent İl­ham Əli­ye­vin bö­yük dəstəyi, fə­al iş­ti­ra­kı ilə ne­çə il­lər­dir türk­dil­li döv­lət­lər ara­sın­da əməkdaş­lıq da­ha da möhkəmlənib. Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­nın fəa­liy­yə­ti bütün dün­ya­da ma­raq­la iz­lə­nir. Bu cür rəs­mi yara­dı­lan qu­rum­lar dövlətlər ara­sın­da iq­ti­sa­di-si­ya­si- mə­də­ni əlaqələ­ri tən­zim­lə­yir, genişləndirir. Xalq­lar ara­sın­da mə­də­ni əlaqələri, dost­lu­ğu genişləndirmək, möh­kəm­lən­dir­mək isə iç­ti­mai təşki­lat­la­rın və­zi­fə­si­dir. Bu is­ti­qa­mət­də fəaliy­yət gös­tə­rən qu­rum­la­rın sa­yı isə o qə­dər də çox de­yil. Ey­ni dil qrupu­na da­xil olan xalq­lar arasın­da əmək­daş­lı­ğa xid­mət edən icti­mai qurum­lar var. Mə­sə­lən, Türk­dil­li Xalq­la­rın Si­ya­sə­ti­nə Dəs­tək Fon­du kimi. An­caq türk­dil­li və slav­yan xalq­la­rı ara­sın­da dost­lu­ğa xid­mət edən fə­al içti­mai təşkilat yox­dur. Biz də bu boş­lu­ğu dol­dur­maq, xalq­lar arasında mədə­ni əla­qə­lə­ri ge­niş­lən­dir­mək məq­sə­di ilə be­lə bir Fond yarat­dıq".
M.Se­yi­dov bil­di­rib ki, Ru­si­ya­nin türk­dil­li döv­lət­lər­lə əla­qə­lə­ri bü­tün sahə­lər­də yax­şı­laş­dır­ma­ğa me­yil­li ol­du­ğu­nu nə­zə­rə alıb bu qu­ru­mun yara­dıl­ma­sı­nı zə­ru­ri bi­lib­lər: "Bi­lir­si­niz ki, Ru­si­ya­nın tər­ki­bin­də çox böyük say­da türk­dil­li xalq­lar ya­şa­yır. Bi­zim fond həm də Ru­si­ya­da yaşayan türk­dil­li xalq­la­rın adət-ənə­nə­lə­ri­ni öy­rən­mək, on­la­rın soykökləri­ni araş­dır­maq, dün­ya­da möv­cud olan türk­dil­li xalq­lar­la əlaqələ­ri­ni qur­maq is­ti­qa­mə­tin­də də fəa­liy­yət gös­tə­rə­cək. Yə­ni, qurumun əsas məq­səd­lə­rin­dən bi­ri də Ru­si­ya döv­lə­ti­nin tər­ki­bin­də ya­şa­yan yer­li türk­dil­li xalq­lar­la türk­dil­li döv­lət­lər ara­sın­da mə­də­ni əla­qə­lə­rin qurulması­na ya­xın­dan kö­mək et­mək­dir. Biz Ru­si­ya-Azərbay­can dost­luq mü­na­si­bət­lə­ri­nin möh­kəm­lən­mə­sin­də də yer­li türk­dil­li xalq­la­rın ro­lu­na bö­yük əhə­miy­yət ve­ri­rik. Bu da ye­ni bir yanaş­ma­dır. Fik­ri­miz­cə, bu müna­si­bət­lər­də türk­dil­li xalq­la­rın ro­lu bö­yük ola bi­lər. Çün­ki türk­dil­li döv­lət­lər içə­ri­sin­də Azər­bay­can çox bö­yük sü­rət­lə in­ki­şaf edən dövlətlərdən bi­ri­dir. Bu ba­xım­dan, Rusiya­da­ki türk­dil­li xalq­lar Rusiyanın Azər­bay­can­la mə­də­ni əlaqələ­ri­nin da­ha da güc­lən­mə­sin­də maraq­lı tə­rəf ki­mi çı­xış edir­lər. Düz­dür, bu 2 öl­kə ara­sın­da həm diplomatik, həm də mə­də­ni əla­qə­lər hə­mi­şə yük­sək sə­viy­yə­də olub. Ancaq biz bu əla­qə­lə­rin da­ha da möhkəm­lən­mə­si­nə xid­mət edə­cə­yik".

Bəli, artıq Azərbaycan diasporunun artan nüfuzu, dünyanın əksər ölkələrində nümayiş etdirdiyi real güc günü-gündən genişlənməkdədir. Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı statistik materiallarda Azərbaycan diasporu tərəfindən təşkil edilən tədbirlər haqqında geniş məlumatlar verilmişdir. Bildirilir ki, bir tərəfdən bu tədbirlər davamlı xarakter daşıyır, digər tərəfdən də həmin tədbirlərdə Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzün mahiyyəti haqqında daha obyektiv məlumatlar dünya ictimaiyyətinə çatdırılır.

​Qəbul edilən qətnamələrdə Azərbaycan həqiqətlərinin təbliğinin gücləndirilməsi diaspor qurumlarının qarşısında dayanan başlıca vəzifələrdən biri kimi dəyərləndirilir. Bununla bağlı qərara alınıb ki, xarici ölkələrin parlamentlərində, dövlət və yerli özünüidarə orqanlarında azərbaycanlıların daha geniş təmsil olunmasına diqqət yetirilsin, azərbaycanlı icmaların fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələri yaxşılaşdırılsın, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesi davam etdirilsin. Ümumilikdə qəbul edilmiş “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası”nda beynəlxalq aləmdə erməni təbliğatına qarşı işin təşkili və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması üçün diaspor qurumlarının qarşısında dayanan konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Bu fəaliyyət istiqamətlərindən aşağıdakıları qeyd etmək mümkündür:

- Müxtəlif ölkələrdə təbliğat xarakterli tədbirlərin həyata keçirilməsi;

- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında faktların və sənədlərin beynəlxalq ictimaiyyətə çatdırılması;

- Dağlıq Qarabağ münaqişəsi haqqında materialların beynəlxalq təşkilatlara və xarici ölkə parlamentlərinə çatdırılması;

- Xarici kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri haqqında əsl həqiqətləri özündə əks etdirən materialların yayılması;

- Azərbaycana həsr olunmuş tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş məlumatların yayılması;

- Avropa və ABŞ-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı internet forumların təşkili;

- Əcnəbi müəlliflər tərəfindən Qarabağ münaqişəsi haqqında hazırlanmış tədqiqatların geniş yayılması;

- Xarici televiziya kanallarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən filmlərin nümayişi və s.

Yuxarıda göstərilən vəzifə və istiqamətlərlə bərabər, “Xocalıya ədalət” kampaniyası da son illərdə diaspor qurumlarının qarşısında dayanan başlıca vəzifələrə çevrilmişdir və dünyanın bir sıra ölkələri kimi Amerikanın Nyu-Meksika, Texas, Corciya, Men, Nyu-Cersi, Arkanzas və digər ştatlarının Xocalı hadisələrini soyqırım kimi tanıması həm də diaspor qurumlarının bu istiqamətdəki fəaliyyətinin nəticəsi kimi qəbul edilə bilər.

Cavanşir QƏDİMOV