• 25 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

Ucqar və fərqli Xınalıq

15:00 14/05/19 | Sosial

Böyük Qafqaz dağlarında yerləşən Xınalıq kəndi sirlər və folklorla doludur

Xınalığa ilk səfərim olduğundan yolda kənd sakini Namiq bəylə tanış oldum. Mehribançılığı və əsl sağlam kənd, dağ mühitinin yetişdirməsi olan Namiqlə tez bir zamanda dostlaşdıq və mənə kənd haqqında xeyli eşitmədiyim məlumatları verdi.

Azərbaycanın Böyük Qafqaz dağlarında yerləşən Xınalıq kəndi sirlər və folklorla doludur. Arxeoloji və tarixi araşdırmalar göstərir ki, Xınalıq əhalisinin əcdadları buraya təqribən 2000 il bundan əvvəl köçüblər. Ancaq araşdırmamızda yerli əhalinin öz köklərini 5000 il əvvələ, Qafqaz Albaniyası dövrünə aid etdiyi bildirilir.

Yerli əhali arasında dolaşan rəvayətə görə, Xınalıq sakinləri "İncildəki Nuhun" həyatda olan törəmələridir. Kənd Azərbaycanın Quba bölgəsindədir. Ölkənin şimal-şərqində yerləşən bu bölgə mədəni və etnik müxtəlifliyin məkanıdır. Dağ yəhudiləri, tatlar və ləzgilərin bir-birindən fərqli etnik icmaları dağın nisbətən aşağı təklərində yaşayırlar. Bütün dağlı icmaları öz kimlikləri ilə fəxr edirlər.

Fərqli dil

Buranın yerli dili Xınalıq dilidir. Ərazidə bu dilin bənzəri yoxdur. Ancaq UNESCO bu dili ciddi təhlükə altında olan dillər siyahısına daxil edib. Artıq Xınalığın özündə belə bu dildə çox az adam danışır.

Bu dilin həyatda qalmasına ümid var. 3000 şagirdi olan Xınalıq orta məktəbində Azərbaycan və ingilis dillərindən başqa Xınalıq dili də keçilir.

Qədim adət-ənənələr

Xınalıqda toylar nəsildən-nəslə ötürülmüş adətlərlə keçirilir. Toy günü gəlinin qohumları öküzün cəmdəyində əti sümükdən ayırır.

Məhdud qida rasionu

Kəndin yüksəkdə yerləşməsi çox növdə bitkilərin yetişdirilməsinə imkan vermir. Yerli əhali öz qidasında burada yetişdirilən kartof və bir neçə növ dənli bitkidən istifadə edir. Kənd əhalisi özünəməxsus lavaş resepti ilə fəxr edir. Lavaşa Qafqazın və Qərbi Asiyanın bir çox yerlərində rast gəlmək mümkündür. Kənd qadınları iki saat ərzində bir həftəlik lavaş ehtiyatını hazırlaya bilirlər.

Dünyaya açılış

Ancaq bu ucqar ərazidə minilliklər ərzində inkişaf etmiş bu adət-ənənələr artmaqda olan müasirləşmənin təsirinə məruz qalır. 2006-cı ildə Quba şəhəri ilə Xınalıq arasındakı yolun çəkilişi tamamlanıb. Beləcə, Xınalıq nəhayət ki, şəhərə və dünyaya birləşib.

Prezident İlham Əliyevin Qubaya səfərindən dərhal sonra Susay -Xınalıq yolunun tikuntisilə bağlı verdiyi sərəncamın icrasına başlanılıb. Məlumata görə, Azərbaycanda ilk dəfə olaraq Susay kəndindən 11 km sonra unikal Balta qayanın ətəyindən 2650 metr hündürlükdə çox möhtəşəm yol çəkiləcək. Bu da Xınalığa gələn turistlərin operativ olaraq mənzil başına çatmasına, turizmin daha da inkişaf etməsinə səbəb olacaq. Xüsusən Qusarın Şahdağ  kompleksinə gələn əcnəbi və yerli turistlərin Xınalığa daha asan və maneəsiz getməsinə şərait yaradacaq. Yeni yolun çəkilməsilə uzun müddətdir istifadə edilməyən torpaqların istifadəsinə də start veriləcək. Bununla, həm də kəndə daha çox ziyarətçi gəlməyə başlayacaq.

Sərt iqlim

Rahat yola baxmayaraq, ilin çox hissəsi Xınalığa getmək mümkün olmur. Çox zaman qar artıq payızda, sentyabrda yağmağa başlayır.

Qışda isə temperatur -21 dərəcəyə qədər enə bilir. Sərt hava şəraiti nəticəsində təkcə yol bağlanmır, həm də icmanın iqtisadi baxımdan əsas sütununu təşkil edən çobanlar qoyun-quzularını aşağı, daha isti ərazilərə köçürməli olurlar.

Qənaətcil əhali

Kənd əhalisi istilik əldə etmək üçün təzək yandırır. Təzək peyinlə samanın qarışığıdır. Sakinlərin evləri yaxınlıqdakı Qudyalçaydan toplanmış daşlardan tikilib. Bu evlərdən bir çoxunun 200 yaşı var.

Ərazinin saysız-hesabsız zəlzələlər gördüyünü nəzərə alsaq, bu, çox uzun müddətdir.

Bu gün də qoyun-quzu Xınalıq həyatının özəyini təşkil etməkdə davam edir. Qoyun-quzu həm yemək, həm geyim, həm də digər kəndlərlə ticarət vasitəsi deməkdir. Məhz bu qənaətcillik sayəsində Xınalıq icması dağın başında əsrlərlə mövcud ola bilib.

Bilman İSAQ


Facebook

Instagram

Youtube

SORĞU


test