• 2019.06.27

"Eurovision"ın qalibi bəlli oldu - Azərbaycan yeddincidir

10:00 20/05/19 | Mədəniyyət

Təl-Əviv şəhərində keçirilən "Eurovision-2019" mahnı müsabiqəsinin finalçısı bəlli olub. 

İtaliya müsabiqənin ikincisi, Rusiya isə üçüncüsü olub.

Ilk olaraq münsiflərin təmsilçilərə verdiyi səslər təqdim olunub. Münsif səsverməsinə görə Azərbaycan beşinci sırada yer alıb. Daha sonra xalq səsverməsinin nəticəsi açıqlanıb.  Azərbaycan 7-ci sırada yer alıb. Çingizin performansı 297 səs toplayıb. 
Azərbaycana səs verən ölkələr isə bunlardır:

Portuqaliya 8, Malta 8, Cənubi Makedoniya 4, San-Marino 4, Estoniya 5, Polşa 2, Norveç 5, İspaniya 7, Avstriya 4, Böyük Britaniya 7, İtaliya 7, Albaniya 8, Macarıstan 5, Moldova 6, İrlandiya 7, Rumıniya 10, Kipr 6, Avstraliya 2, Rusiya 12, İsveç 5, Litva 10, Serbiya 3, İslandiya 4, Gürcüstan 10, Yunanıstan 8, Latviya 6, Çexiya 5, Danimarka 4, Fransa 6, Finlandiya 2, Sloveniya 10, İsrail 7.

Bu ilki müsabiqənin qalibi Niderlandı "Arcade" mahnısı ilə təmsil edən Duncan Laurens olub.