• 2019.06.27

Tereza Mey istefa verdi

14:00 24/05/19 | Siyasət

Böyük Britaniyanın baş naziri Tereza Mey partiya liderliyindən istefa verib.

ONA-nın London bürosunun verdiyi xəbərə görə, T. Mey iyunun 7-də partiya sədrliyindən gedəcəyini açıqlayıb.

O. “Brexit”i icra edə bilmədiyi üçün kədərləndiyini ifadə edib.

Bu o deməkdir ki, T.Mey həm də baş nazir postunu tərk etməlidir. O, partiyaya yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalacaq. Yeni liderin seçimi rəsmi olaraq iyunun 7-dən başlayacaq. Lakin bu posta əsas namizəd hesab olunan keçmiş xarici işlər naziri Boris Conson öz namizədliyini irəli sürəcəyini bəyan edib.