• 22 Oktyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8961 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2902

Azərbaycan diaspor rəhbərlərinin Bakı görüşü

10:00 03/06/19 | Diaspora

İyunun 2-də Bakıda Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovla İsveç Azərbaycan Federasyonunun başqanı Eldar Qaradağlı arasında görüş keçirilib.

Hər iki təşkilat 2019-cu ildə yardılsa da, qurum başqanlarının çoxillik diaspor təcrübəsi var. 30 ilə yaxındır Dünya Azərbaycanlıları Mədəniyyət Fonduna da başçılıq edən Fizuli Məmmədov görüşdə dünyadakı Azərbaycan diaspor hərəkatının genişlənməsi üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən qurumların işbirliyini vacib saydığını deyib. Onun sözlərinə görə, hər cəmiyyətin özəllikləri fərqli olsa da qarşılıqlı faydalı əməkdaşlıq, uğurlu təcrübələrin bölüşülməsi diaspor fəaliyyətinin güclənməsinə təkan verir. Fizuli Məmmədov Rusiya Azərbaycanlıları İttifaqının prezidenti olaraq ortaq projelərin həyata keçirilməsinə, qlobal proseslər zamanı dünyadakı Azərbaycan diaspor hərəkatının vahid orqanizm kimi çalışmasına dəstək verməyə hazır olduğunu bildirib.

Eldar Qaradağlı öz sırasında Fizuli Məmmədovu Azərbaycan üçün strateji ölkə sayılan Rusiyada sayı milyonlarla ölçülən soydaşlarımızı bir araya gətirmək üçün miqyaslı qurum yaratması münasibətilə təbrik edib, uğurlar arzulayıb. Eldar Qardağlı bildirib ki, Avropada Azərbaycan adına fəaliyyət göstərən qurumlar arasında sağlam münasibətlərin yaranması və işbirliyi coğrafiyasının genişlənməsi üçün nüfuzlu şəxslərin prosesə müdaxiləsinə ehtiyac çoxdur. O, bu məqsədlə liderlər və diaspor üzvləri arasında görüşlərin davamlı xarakter almasını, ortaq projelər həyata keçirilməsini, xüsusən Qarabağ məsələsi ilə bağlı fəaliyyətin genişləndirilməsini vacib saydığını bilidirib.

Görüşdə Qafqaz Beynəlxalq Hüquq İnstututunun rəhbəri Səftər Rəhimli və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev də iştirak edib.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3