• 16 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8818 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.3006

Bu gün 56 avtovağzal və avtostansiyadan 15 min 490 sərnişin daşınıb

08:00 06/06/19 | İqtisadiyyat

İyunun 6-da republikanın 56 avtovağzal və avtostansiyasından ümumilikdə 15 min 490 sərnişin daşınıb. Onlardan 11 min 790 nəfəri bölgələrdən paytaxta, 3 min 700 nəfər isə paytaxtdan regionlara gəlib.

Bu barədə Azadaz-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, günün sonuna qədər 19 minə yaxın sərnişinin regiondan paytaxta axın edəcəyi gözlənilir.

Bayram səfərindən istifadə edib həftə sonunu bölgələrdə dincələn vətəndaşlar istirahətlərini başa vurduqdan sonra paytaxta geri dönüş zamanı ehtiyat avtonəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) gücləndirilmiş iş rejimini iyunun 10-dək davam etdirəcək.


Facebook

Instagram

Youtube

SORĞU


test