• 16 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8818 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.3006

HDQ-nin göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi müvəffəqiyyətlə başa çatıb

12:00 08/06/19 | Siyasət

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun ikinci səviyyəli özünüqiymətləndirməsi (SEL-2) keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadaz-a bildiriblər ki, NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndələrinin müşahidəsi ilə icra edilən qiymətləndirmənin əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarətdir. Təlim, eyni zamanda, 2020-ci ildə ikinci səviyyəli NATO qiymətləndirməsinə hazırlıq məqsədi daşıyır.


Facebook

Instagram

Youtube

SORĞU


test