• 2019.06.27

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ziyarət olunub

12:30 08/06/19 | Siyasət

Silahlı Qüvvələrin Hərbi Akademiyasının strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun rəhbər heyəti və dinləyiciləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadaz-a bildiriblər ki, qonaqlara məktəbin ümumi fəaliyyətinə dair geniş brifinq təqdim olunub. Onlar məktəbin maddi-texniki təminat, silah və atış, eləcə də digər kafedralarda olan maddi-texniki baza ilə yaxından tanış olub və atıcı silahlardan praktiki atışlar icra ediblər.