• 16 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8818 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.3006

“SOCAR Petroleum” 8 yanacaqdoldurma məntəqəsində “Super” markalı yanacağın satışını həyata keçirir

13:00 08/06/19 | İqtisadiyyat

“SOCAR Petroleum” QSC 8 yanacaqdoldurma məntəqəsində (YDM) “Super” markalı yanacağın satışını həyata keçirir.

QSC-dən Azadaz-a bildirilib ki, böyük sürücü kütləsinin “Super” (A-98) markalı yanacağa olan tələbatını nəzərə alaraq yalnız 8 müxtəlif ünvanlarda fəaliyyət göstərən “SOCAR” brendli YDM-lərdə bu yanacaq növünün satışı həyata keçirilir. Qeyd olunan yanacaq növünü aşağıdakı ünvanlarda fəaliyyət göstərən “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrindən əldə etmək mümkündür:

• Bakı-Aeroport yolunun sağ tərəfi (keçmiş Sabunçu dairəsinin yaxınlığı);

• Bibiheybət məscidinin yaxınlığı (yolun sağ tərəfi);

• Bakı-Quba yolunun 28-ci kilometrində (yolun sağ tərəfi);

• Aeroport-Bakı yolunun sağ tərəfi (Bakı Olimpiya Stadionunun yaxınlığı);

• Babək prospekti (şəhər mərkəzi istiqamətində);

• Ziya Bünyadov prospekti;

• Nobel prospekti.

• Badamdar (maşın bazarının yanı).

Qeyd edək ki, Azərbaycanda “Super” markalı yanacağın satışı yalnız “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Xaricdən idxal olunan bu yanacağın qiyməti 1,60 manat/litr təşkil edir və “Euro-5” ekoloji standartın tələblərinə cavab verir.


Facebook

Instagram

Youtube

SORĞU


test