• 16 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8818 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.3006

Şəki, Qəbələ və Oğuzda buraxılış imtahanları doqquz mərkəzdə aparılıb

10:30 09/06/19 | Təhsil

Dövlət İmtahan Mərkəzinin iyunun 9-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki, Qəbələ və Oğuz rayonlarında ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının ikinci mərhələsi başa çatıb.

Regional bölmənin müdiri Səbuhi Hüseynov Azadaz-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Şəkidə 4, Qəbələdə 3, Oğuzda 2 olmaqla, ümumilikdə, 9 imtahan mərkəzi ayrılıb. İmtahanlarda 3819 şagird, o cümlədən Şəki rayonu üzrə 2033, Qəbələ rayonu üzrə 1287, Oğuz rayonu üzrə 499 şagird iştirak edib. İmtahanların idarə olunmasına bu rayonlarda 28 imtahan rəhbəri və 332 nəzarətçi müəllim cəlb olunub.

İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə, ümumilikdə, 90 qapalı tipli tapşırıq təqdim edilib.

Regional bölmədən verilən məlumata görə, bütün imtahan mərkəzlərində 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının ikinci mərhələsi mövcud təlimata uyğun keçib və heç bir qanun pozuntusuna yol verilməyib.


Facebook

Instagram

Youtube

SORĞU


test