• 16 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8818 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.3006

Xaçmaz və Şabran rayonlarının 3 minə yaxın şagirdi biliklərini sınayıb

11:00 09/06/19 | Təhsil

İyunun 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsində Xaçmaz və Şabran rayonlarının 2 min 846 şagirdi iştirak edib.

Azadaz-ın bölgə müxbiri xəbər verir ki, Xaçmazda 2160, Şabranda isə 686 məzun imtahan verib. Buraxılış imtahanının ikinci mərhələsi şimal bölgəsində altı mərkəzdə (Xaçmazda 4, Şabranda 2 mərkəzdə) təşkil olunub. İmtahan saat 11:00-da başlayıb.

DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki Azadaz-ın bölgə müxbirinə bildirib ki, imtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. İki rayon üzrə 249 nəzarətçi müəllim və 11 imtahan rəhbəri prosesin gedişini izləyib. İmtahanlar zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.


Facebook

Instagram

Youtube

SORĞU


test