• 25 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

Azərbaycanın hərbi qulluqçusu şəhid olub Ermənistan Müdafiə naziri-"Azərbaycan əsgərinin ölüm əmrini şəxsən mən vermişəm"

08:00 10/06/19 | Gündəm

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Ermənistanın müdafiə naziri David Tonoyan bu gün bəyan edib ki, Tərtər istiqamətində azərbaycanlı əsgərin öldürülməsi əmrini şəxsən verib. Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, azərbaycanlı əsgəri şəhid edən erməni hərbçilər mükafatlandırılıb. Bəyanatda bildirilir ki, 1 iyun tarixində Xocavənd istiqamətində Azərbaycan mövqelərindən açılan atəş nəticəsində erməni əsgər Sipan Melkonyan öldürülüb. Bu isə qisas aksiyası olub.


Facebook

Instagram

Youtube

SORĞU


test