• 16 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8818 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.3006

Şəhriyar Məmmədyarov “Altibox Norway Chess 2019”da növbəti görüşünü Dinq Lirenə qarşı keçirəcək

08:30 11/06/19 | İdman

Norveçin Stavanger şəhərində keçirilən “Altibox Norway Chess 2019” superturniri davam edir.

Azadaz xəbər verir ki, turnirin altıncı turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Fransa təmsilçisi Maksim Vaşe-Laqrav ilə üz-üzə gəlib. Oyun heç-heçə başa çatdığından reqlamentə görə, şahmatçılar “Armagedon” oynayıblar və Ş.Məmmədyarov rəqibinə məğlub olub.

Şahmatçımız bir gün istirahətdən sonra növbəti turda çinli Dinq Lirenə qarşı oynayacaq.

Hazırda Ş.Məmmədyarovun aktivində 5 xal var. Turnirə 9,5 xalla norveçli dünya çempionu Maqnus Karlsen liderlik edir. Çin təmsilçisi Yu Yanqyi 8, Levon Aronyan (Ermənistan) 7,5, ABŞ şahmatçısı Uesli So 6,5, Din Liren (Çin), hindistanlı Vişvanatan Anand 5,5, Fabiano Karuana (ABŞ) 5, Maksim Vaşe-Laqrav 4,5, rusiyalı Aleksandr Qrişuk isə 3 xal toplayıblar.


Facebook

Instagram

Youtube

SORĞU


test