• 16 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8818 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.3006

Azərbaycan döyüşçüsü Nihat Tağızadə Gürcüstanda beynəlxalq turnirin qalibi olub

09:00 11/06/19 | İdman

Azərbaycan idmançısı Nihat Tağızadə Gürcüstanda keçirilən kikboksinq üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.

Azadaz xəbər verir ki, turnirdə 45 kiloqram çəki dərəcəsində mübarizə aparan 15 yaşlı idmançımız K-1 yarışlarında gürcüstanlı rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Ermənistandan olan döyüşçülər mübarizə aparıblar.

Qeyd edək ki, N.Tağızadə “Qızıl əlcək” idman klubunun üzvüdür.


Facebook

Instagram

Youtube

SORĞU


test