• 16 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8818 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.3006

Azərbaycan-Slovakiya oyunu başa çatıb

10:00 11/06/19 | İdman

İyunun 11-də futbol üzrə Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da Slovakiya yığmasını qəbul edib.

Azadaz xəbər verir ki, oyun qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda komandamızın yeganə qolunu matçın 29-cu dəqiqəsində Ramil Şeydayev vurub.

Hazırda E qrupuna iki oyundan 6 xal toplayan Macarıstan, Xorvatiya və Slovakiya milliləri başçılıq edir.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə “Avro 2020”nin final mərhələsinin görüşləri 12 şəhərdə keçiriləcək. Çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü Bakıda oynanılacaq.


Facebook

Instagram

Youtube

SORĞU


test