• 22 Oktyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8961 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2902

Mikayıl Cabbarov POS-terminallardakı problemlərdən danışdı - yeni qanunun anonsunu verdi

13:00 14/06/19 | İqtisadiyyat

“Nağdsız ödənişlərdən imtina ilə bağlı məsuliyyət nəzərdə tutulmayıb. Bu isə bəzi vergi ödəyicilərinə müxtəlif bəhanələr gətirməklə POS-terminaldan istifadədən yayınmağa şərait yaradır”.

Vergilər naziri Mikayıl Cabbarov bu fikirləri Milli Məclisdəki müzakirələr zamanı söyləyib. Qeyd edək ki, əvvəlki iclasların birində spiker Oqtay Əsədov POS-terminallardakı problemlərlə bağlı narazılığını ifadə etmişdi.

Vergilər naziri isə bildirib ki, Vergilər Nazirliyi bu məsələ ilə bağlı əvvəllər də qanunvericilik təşəbbüsü ilə çıxış edib: “Lakin qurumlararası razılaşdırma prosedurları vaxtı bu təşəbbüs dəstəklənməyib. Əgər yenidən bu mövzu gündəmə gələrsə - Milli Məclis qanunvericilik təşəbbüsünə malik olan orqandır - təbii olaraq biz yenidən həmin qanun layihəsini təqdim etməyə hazırıq”.

Nazir M.Cabbarov onu da deyib ki, ölkədə yeni nəsil kassa aparatlarının tətbiqi nəzərdə tutulur: “Milli Məclisin təsdiq etdiyi, cənab prezidentin imzaladığı qanuna əsasən, yanvar ayının 1-dən nağdsız qaydada ödənilmiş ƏDV-nin15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizinin geri qaytarılması ilə bağlı Vergi Məcəlləsinə yeni müddəa əlavə edilib. Hazırda bu prosesin başlanması üçün müvafiq hüquqi, təşkilati işlər davam edir. Düzdür, burada müəyyən məsələlərin sürətləndirilməsinə də ehtiyac var. Biz həmkarlarımızla, ilk növbədə Maliyyə Nazirliyi ilə bu məsələdə sıx çalışırıq. İnanırıq ki, yaxın dövrlərdə bu proses başa çatdırılacaq. İkinci vacib məqam ondan ibarətdir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, post-terminallardan istifadə edən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə əlavə vergi güzəştləri müəyən edilib. Belə 2019-cu ilin yanvarın 1-dən 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlər ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır”.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3