• 17 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8744 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2954

Azərbaycanlılar Fuad Abbasovun həbsinə etiraz olaraq Moskvada aksiya keçiriblər

08:00 18/06/19 | Diaspora

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılar bu ölkədə həbsdə olan jurnalist Fuad Abbasovla bağlı Arbitiraj Məhkəməsinin qarşısında keçirilən aksiyaya qoşulublar.

Soydaşlarımız aksiyaya Fuad Abbasovun fotoları ilə qatılıblar.

Rusiyada Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təsiscilərindən olan Ramiz Mikayılov "Report"un Rusiya bürosuna açıqlamasında aksiyaya qoşulmağın məqsədindən danışıb.

"Aksiyaya qoşulmaqda məqsədimiz Rusiyada həbsdə saxlanılan azərbaycanlı jurnalist barədə səsimizi bu ölkənin içtimaiyyətinə çatdırmaq və Fuad Abbasovun Azərbaycana göndərilməsini tələb etməkdən ibarətdir" - deyə o bildirib.

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F.Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. O, iki dəfə öz hesabına bilet alsa da, jurnalisti Azərbaycana deportasiya etməyiblər.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3