• 22 Oktyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8961 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2902

Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb

16:00 19/06/19 | İqtisadiyyat

Energetika Nazirliyi və Yaponiyanın “Mitsui” şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Memorandum Azərbaycanda bərpaolunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, Azərbaycanda iqtisadi baxımdan sərfəli bərpaolunan enerji layihələrinə investisiya qoyuluşunu təşviq edəcək normativ bazanın yaradılması üçün əsas amillər müəyyənləşdiriləcək və inkişaf etdiriləcək.

Memorandumu Energetika nazirinin müavini Samir Vəliyev və “Mitsui” şirkətinin Avropa, Orta Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Moçida Keniçi imzalayıb.

S.Vəliyev Azərbaycanda bərpaolunan enerji potensialı, bu sektorun inkişafına investisiya qoyuluşunun təşviqi ilə bağlı görülən işlər barədə danışıb və “Mitsui” ilə əməkdaşlığın ölkəmizdə bərpaolunan enerji sahəsinin inkişafına, birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyini bildirib.

“Mitsui”nin vitse-prezidenti M.Keniçi isə bu sənədi bərpaolunan enerji sahəsində Azərbaycan-Yaponiya əməkdaşlığının nümunəsi kimi qiymətləndirib. Bildirib ki, şirkət Azərbaycanda bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində həyata keçiriləcək layihələrə investisiya qoymaq niyyətindədir.

Görüşdə bərpaolunan enerji sahəsində gələcək əməkdaşlığın əsas hədəf və istiqamətləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin “Mitsui” şirkətinin iştirakı ilə Braziliya, Yaponiya, Avstraliya və digər ölkələrdə reallaşdırılan külək, su, istilik, günəş, qaz, kömür elektrik stansiyaları layihələri barədə məlumat verilib.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3