• 20 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8828 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2962

Tbilisidə yürüş-mitinq keçirilir

15:30 24/06/19 | Dünya

Tbilisidə Birinci Respublika Meydanından Daxili İşlər Nazirliyinin binasına doğru avtomobil yürüşü başlayıb.

AZADAZ.COM AZƏRTAC-a istinadən xəbərverir ki, aksiya iştirakçıları yolboyu Daxili İşlər naziri Georgi Qaxariyanıın istefası, iyunun 20-də keçirilmiş aksiya zamanı həbs olunanların azad edilməsi ilə bağlı tələblər irəli sürüb, müxtəlif şüarlar səsləndiriblər.

Yürüş Daxili İşlər Nazirliyinin qarşısınadək davam edəcək və orada mitinq keçiriləcək.

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının etirazçıların proporsional sistem üzrə parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbini yerinə yetirməsinə baxmayaraq, aksiya saat 19:00-da Gürcüstan parlamentinin binası qarşısında davam etdiriləcək.

Aksiyaçılar bütün tələblər yerinə yetirilənə qədər etirazları davam etdirəcəklərini bildiriblər.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3