• 20 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8828 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2962

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib

13:00 27/06/19 | Mədəniyyət

İyunun 27-də Bakıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib.

Tədbirdə Azərbaycan Turizm assosiasiyalarının strukturu, məqsəd və missiyası, üzvlüyə namizəd standartları məsələlərinə toxunulub.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Turizm Agentlikləri Assosiasiyasının fəaliyyətə başlamasının formalaşan turizm sənayesinin inkişafı istiqamətində atılan vacib addımlardan biri olduğunu qeyd edib. O bildirib ki, agentlik turizmin ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilməsi üçün çalışır. Son illərdə bu sahədə kifayət qədər işlər görülüb. Ancaq bu sahədə sualların mövcud olması da məlumdur. Turizm özü kompleks xidmət sahəsidir və inkişafı da xidmət sferasının xidmətindən, inkişaf səviyyəsindən asılıdır. “İnanırıq ki, assosiasiyanın gördüyü işlər bu sahənin nümayəndələrini bir araya toplayan güclü platforma rolunu oynayacaqdır”, - deyə o qeyd edib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid tədbirdə çıxış edərək turizm sənayesinin təşkilatlanmasının ümumi hədəflərə çatmaq üçün xüsusi əhəmiyyət kəsb etdiyini, Azərbaycan Hotel Assosiasiyasının və Azərbaycan Bələdçilər Assosiasiyasının, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının yaradılmasının bu istiqamətdə atılmış uğurlu addımlardan olduğunu bildirib. O qeyd edib ki, məqsəd çətinlikləri aradan qaldıraraq əlverişli şəraitdən istifadə edib turizmi inkişaf etdirməkdir. F.Zenqstşmid geopolitik situasiyadan istifadə edib Rusiya və İrandan gələn turistlərin sayının artırmağın vacibliyini söyləyib. Bildirib ki, agentliklərin rəqabətdə olması bu işə öz töhfəsini verəcək.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev təşkilatın turizm agentliklərinin maraqlarını təmin edərək dövlət-özəl sektor əməkdaşlığının təşviqinə xidmət edəcəyini qeyd edib, görüləcək işlər, məqsədlər və gələcək fəaliyyət haqqında məlumat verib.

“Əsas məqsəd peşəkar və operativ yanaşmalar sərgiləmək, inkişafda olan turizmə yeni nəfəs bəxş etməkdir. Turizm sahəsi özündə 50-dən artıq sektoru birləşdirən sənayedir. Yeni yaradılan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas məqsədi ümumi rifah və nəticəyə fokuslanmaqdır. Yeni ictimai qurumun yaradılması sahibkarlar və dövlət qurumları arasında daimi və sıx əlaqələr formalaşdırmaq, möhkəm körpü yaratmaqdır. Assosiasiyanın yaradılması ilə turizm şirkətlərinin rəy və təkliflərini bildirməsinə imkan yaranacaq”, - deyə assosiasiya sədri vurğulayıb.

Tədbirin ikinci mərhələsində Maarifləndirici Təhsil və Sosial proqramların yaradılması, Azərbaycan Milli Turizm brendinin dünya turizm bazarına təşviqinə dəstək, turizm məhsulları və servis xidmətlərinin keyfiyyətinin artırılması, turizm agentlikləri arasında sistemləşdirmə və kooperasiya mövzusunda müzakirələr aparılıb.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3