• 2019.07.21

Ağ ev Donald Trampla Vladimir Putinin görüşəcəyi vaxtı açıqlayıb

13:10 27/06/19 | Dünya

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində iyunun 28-də görüşəcəklər.

 Bu barədə AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, Ağ ev nümayəndəsinin məlumatına əsasən, görüş Yaponiya vaxtı ilə saat 14:00-da Osaka şəhərində baş tutacaq.

Çərşənbə günü Yaponiyaya yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandıran Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarının yaxşı keçəcəyinə ümidvar olduğunu demişdi.

G20 sammiti çərçivəsində keçiriləcək görüş zamanı ABŞ və Rusiya prezidentlərinin İran, Ukrayna, Suriya, Yaxın Şərq də daxil olmaqla regional təhlükəsizlik, silahlanmaya nəzarət və ikitərəfli münasibətlərin yaxşılaşdırılması məsələlərini müzakirə edəcəkləri bildirilir.