• 14 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8701 , Rus rublu: 0.0264 Türk lirəsi: 0.2948

Türkiyə bu il 2,8 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb

13:50 01/07/19 | İqtisadiyyat

Azərbaycan apreldə Türkiyənin ən çox təbii qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Apreldə Türkiyə Azərbaycandan 724 milyon kubmetr təbii qaz idxal edib.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, apreldə Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi martla müqayisədə 133 milyon kubmetr artıb. Azərbaycan apreldə Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (1,4 milyard kubmetr) sonra ikinci olub.

Yanvarda Türkiyə Azərbaycandan 808 milyon kubmetr, fevralda 683 milyon kubmetr, martda 591 milyon kubmetr, apreldə isə 724 milyon kubmetr təbii qaz idxal edib. Ümumilikdə 4 ayda qardaş ölkənin Azərbaycan qaz idxalı 2 milyard 806 milyon kubmetr təşkil edib.

Qeyd edək ki, keçən il Türkiyə Azərbaycandan 7 milyard 527 milyon kubmetr təbii qaz idxal etmişdi.

Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Bu ilin ilk 3 ayında CQBK və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərinin (CQBKG) birgə gündəlik orta ötürücülük gücü 30 milyon kubmetrdən çox olub. Rüb ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 9 milyon dollar əməliyyat və 17 milyon dollar isə əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

Keçən il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-la Türkiyəyə təqribən 1,9 milyard kubmetr “Şahdəniz” qazı nəql edilib. TANAP boru kəməri iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3