• 2019.07.21

Avqustda daha iki qatar heyəti Bakıya gətiriləcək

14:56 02/07/19 | İqtisadiyyat

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu ilin avqust ayında daha iki qatar heyəti - 10 vaqonu Bakıya gətirəcək.

Bunu jurnalistlərə açıqlamasında qurumun Hərəkət xidmətinin rəisi Etibar İsayev deyib.

Onun sözlərinə görə, yeni qatar tərkibi Bakıya gətiriləndən sonra sazlanma prosesi aparılaraq xəttə buraxılacaq: "Növbəti iki qatar tərkibi, 10 vaqon isə sentyabrda Bakıda olacaq".

E.İsayev əlavə edib ki, yeni qatarlar əvvəlki qatarlardan bir çox xüsusiyyəti ilə fərqlənir.