• 2019.07.21

"Qarabağ"dan ikinci transfer

15:41 03/07/19 | İdman

"Qarabağ" mövsümlərarası fasilədə ikinci transferini reallaşdırıb. "Ştutqart"ın müdafiəçisi Ailton Ferreyra Silva Ağdam klubu ilə anlaşıb.

Ötən mövsümü icarə əsasında "Braqa"da keçirən braziliyalı müdafiəçi Azərbaycan çempionuna da icarəyə verilib. 24 yaşlı sol cinah oyunçusu hazırda Avtriyada "Qarabağ"ın düşərgəsindədi. O, gün ərzində tibbi müayinədən keçdikdən sonra münasibətləri rəsmiləşdirəcək.

Beləliklə, Ailton ikinci dəfə ölkəmizdə çıxış etmək imkanı qazanıb. 2015-16 mövsümündə "Neftçi" onu "Fluminense"dən icarəyə götürmüşdü. Ailtonun "Ştutqart"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

Qeyd edək ki, "Qarabağ" buna qədər "Kordoba"dan Xayme Romeronu transfer etmişdi.