• 2019.07.21

Moskvada quldurluqla məşğul beş nəfər FTX əməkdaşı saxlanılıb

18:20 05/07/19 | Dünya

Moskva Qarnizonu Hərbi Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) beş əməkdaşının həbs olunması və onlardan daha ikisinin ev həbsində saxlanılması barədə qərar verib. FTX əməkdaşları quldurluqda ittiham edilirlər.

Məhkəmə İstintaq Komitəsinin FTX əməkdaşlarının quldurluq əməlləri ilə bağlı saxlanılmasına dair iddiasını təmin edib. Onların barəsində Cinayət Məcəlləsinin mütəşəkkil qrup tərəfindən quldurluq əməli maddəsi ilə cinayət işi açılıb.

Rusiya FTX iyulun 2-də də Rusiya Daxili İşlər Nazirliyi ilə birgə əməliyyat zamanı FTX orqanlarında xidmət edən iki hərbi qulluqçunun saxlanıldığını bildirmişdi. Sonuncu əməliyyat nəticəsində həbs olunanların üç nəfəri “Alfa” xüsusi təyinatlı hissənin, bir nəfəri isə “Vımpel” xüsusi təyinatlı dəstənin əməkdaşlarıdır.