• 25 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

"Qarabağ"ın 200 minlik təklifi qəbul edilmədi

18:41 08/07/19 | İdman

"Qarabağ" “Sent-Mirren”in qapıçısı Vatslav Qladkidən əl çəkmir. Bu iddia ilə thescottishsun.co.uk saytı çıxış edib.

Bildirilir ki, Azərbaycan çempionunun çexiyalı qolkiper üçün etdiyi 200 min funt-sterlinqlik təklif geri çevrilib. Şotlandlar onu cəmi 6 ay əvvəl transfer etməsinə baxmayaraq, futbolçusunu satmağın əleyhinə deyil. Lakin britaniyalılar bu keçiddən yüksək məbləğ qazanmaq niyyətindədilər.

O da bildirilir ki, "Qarabağ" Çempionlar Liqasında iştirak etdiyindən, Qladkini mümkün qədər tez heyətə cəlb etmək fikrindədi. Ağdam klubunun yeni təkliflə şotlandların qapısını döyməsi gözlənilir. Hətta "Qarabağ"ın qolkiperin özünə "Sent-Mirren"dəki maaşının 6 qatını təklif edəcəyi də vurğulanıb.

29 yaşlı qapıçı özü Şotlandiyada qalmaq istəyir. Çünki ordan İngiltərə Premyer Liqasına yüksəlməyə ümid edir.

Qeyd edək ki, "Brno"nun yetirməsi olan Vatslav Qladki "Sent-Mirren"ə bu ilin yanvarında "Slovan"dan keçib.


Facebook

Instagram

Youtube

SORĞU


test