• 22 Oktyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8968 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2935

Elmar Məmmədyarov Almaniyanın yeni səfiri ilə görüşüb

21:35 08/07/19 | Siyasət

Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri Volfqanq Maniqi qəbul edib.

Nazirlikdən verilən məlumata görə, görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

V.Maniq etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Almaniyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3