• 2019.07.21

Avstraliyalı alimlər əl və bilək iflicini müalicə edə biliblər

16:00 09/07/19 | Maraqlı

Avstraliyalı tədqiqatçılar iflic vurmuş pasiyentlərin sinir sistemi üzərində uğurlu əməliyyat aparıblar.

Bu pasiyentlər əməliyyatdan sonra əllərini və biləklərini yenidən hərəkət etdirə bilirlər.

Əvvəllər praktiki olaraq, köməksiz vəziyyətdə olan insanlar indi özləri müstəqil qidalanmaq, kompüter arxasında işləmək, yemək hazırlamaq, hətta makiyaj etmək imkanına malikdirlər.