• 22 Oktyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8968 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2935

Putin Gürcüstana sanksiyaların tətbiq olunmasına qarşı çıxıb

18:47 09/07/19 | Dünya

Rusiya Prezidenti Vladimir Putin Gürcüstana sanksiyaların tətbiq olunmasına qarşı çıxıb.

“Mən bunu məhz gürcü xalqına hörmətimə görə etməzdim”, - deyə Rusiyanın dövlət başçısı jurnalistlərə bildirib.

Bir qədər əvvəl Rusiya parlamentinin aşağı palatası Gürcüstana qarşı məhdudiyyət tədbirlərinin tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib. Buna, “Rusiya əleyhinə bitmək bilməyən təxribatlar” səbəb olub.

Prezident, həmçinin onu təhqir edən gürcü jurnalistə qarşı cinayət işinin açılması məsələsinə də münasibət bildirib. “Hər hansı cinayət işinin açılması ona şərəf gətirərdi. Qoy yayımını davam etdirsin”, - deyə Putin əlavə edib.

Xatırladaq ki, iyulun 7-də Gürcüstanın Rustavi-2 telekanalının aparıcısı Georgi Qabuniya özünün müəllif proqramında Rusiya Prezidenti Vladimir Putinin və valideynlərinin ünvanına təhqiredici ifadələr səsləndirib.

Moskva və Tbilisi arasında gərgin münasibətlər davam edir. Bu yaxınlarda Gürcüstanda Rusiya əleyhinə keçirilən aksiyalar iki ölkə arasında aviasiya əlaqəsinin dayanmasına səbəb olub.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3