• 24 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

“Eurovision-2020” mahnı müsabiqəsi Rotterdam və ya Maastrixtdə keçirilə bilər

16:00 17/07/19 | Mədəniyyət

“Eurovision-2020” mahnı müsabiqəsinin keçirilməsi üzrə mübarizənin sonunda iki namizəd şəhər qalıb. 

Bu şəhərlər Rotterdam və Maastrixtdir. Təşkilatçıların verdikləri məlumata görə, bu iki şəhərin müraciətləri onlar üçün daha uyğun hesab edilib. Niderlandın digər şəhərləri - Utrext, Hertogenbos, Arnem bu mübarizəni tərk ediblər.

Mahnı müsabiqəsinin icraçı prodüseri Sitse Bakker bildirib ki, hər iki şəhər televiziya translyasiyalarının və ümumilikdə tədbirin təşkili üçün yaxşı konsert zallarına malikdirlər. Bundan başqa, bu şəhərlərdə və ətrafyanı rayonlarda qonaqların yerləşdirilməsinin yaxşı infrastrukturu mövcuddur. Rotterdam və Maastrixt meriyaları da tədbirin keçirilməsinə maliyyə dəstəyi göstərməyə və mahnı müsabiqəsi ilə paralel olaraq müxtəlif tədbirlər təşkil etməyə hazır olduqlarını bildiriblər.

Rotterdamın qalib gələcəyi təqdirdə “Eurovision-2020” mahnı müsabiqəsi Ahoy konsert zalında keçiriləcək. Maastrixt isə bu tədbiri MESS konsert zalında keçirmək niyyətindədir. Sitse Bakker əlavə edib: “Əminik ki, hər iki şəhər mahnı müsabiqəsini fantastik səviyyədə təşkil edəcək və Niderland və Avropadan bu musiqi bayramına gələn qonaqlar məmnun qalacaqlar”.

Xatırladaq ki, Niderland 1956-cı ildə keçirilən birinci “Eurovision” müsabiqəsinin iştirakçısı olmuş yeddi ölkədən biridir. Bu ölkədə mahnı müsabiqəsi sonuncu dəfə 1975-ci ildə keçirilib. Niderland mahnı müsabiqəsini keçirmək hüququnu bu il İsraildə keçirilən “Eurovision-2019”da - müğənni Dunkan Lourensin qalib gəlməsi ilə əldə edib.


Facebook

Instagram

Youtube

SORĞU


test