• 24 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

Boris Conson Böyük Britaniyanın Baş Naziri olub

15:50 23/07/19 | Dünya

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Jonson iyulun 23-də Mühafizəkarlar Partiyasının sədri seçilib. İyulun 24-də ona Kraliça II Elizabet tərəfindən hökuməti qurmaq səlahiyyəti veriləcək.

Tereza Meyin istefasından sonra Mühafizəkarlar Partiyasında liderliyə namizədlər arasında Boris Consonun adı birinci çəkilirdi. O, keçirilən səsvermə zamanı rəqibi Ceremi Hantı üstələyərək 46, 656 səsə qarşı 92,153 səslə qalib gəlib. Sabah Bukingem sarayında Baş Nazir səlahiyyətlərini aldıqdan sonra yeni hökumət başçısı kabinetini formalaşdıracaq.

Yeni Baş Nazir öz ölkəsinin oktyabrın 31-də hətta razılaşma olmadan da Avropa İttifaqını tərk edəcəyini bəyan edib. Hazırkı nazirlərin bir neçəsi onun seçiləcəyi təqdirdə kabineti tək edəcəklərini bəyan edib.


Facebook

Instagram

Youtube

SORĞU


test