• 24 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

Çimərlik futbolu üzrə Azərbaycan millisi Macarıstan yığmasına qalib gəlib

16:25 23/07/19 | İdman

Moskvada təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə oyunlarının 1/16 final mərhələsində Azərbaycan milli komandası bu gün Macarıstan yığması ilə qarşılaşıb.

Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında futbolçularımız daha dəqiq oynayıb və komandamız 2:1 hesabı ilə qalib gəlib.

Oyun zamanı Sabir Allahquliyev dubl edib, digər qolu isə Comərd Baxşəliyev vurub.

Növbəti mərhələyə yüksələn millimiz Rusiya, İspaniya və İsveçrə yığması ilə bir qrupda mübarizə aparacaq. Oyunların təqvimi bugünkü qarşılaşmalar başa çatdıqdan sonra müəyyənləşəcək.


Facebook

Instagram

Youtube

SORĞU


test