• 24 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

Cüdoçumuz Turan Bayramov XV Avropa Gənclər Olimpiya Festivalının çempionu olub

18:34 24/07/19 | İdman

İyulun 24-də Azərbaycan çüdoçusu Turan Bayramov Avropa Gənclər Olimpiya Festivalında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

İdmançımız finalda rusiyalı Rizvan Maqomedova ipponla qalib gələrək çempion olub.

T.Bayramov finala gedən yolda Adam Saferini (Avstriya), yunanıstanlı Mikis Tontimidisi məğlub edərək yarımfinala yüksəlib. O, həlledici qarşılaşmaya vəsiqə uğrunda türkiyəli Muhammed Demireli məğlubiyyətə uğradıb.

Bu çəki dərəcəsində bürünc medalları türkiyəli Muhammed Demireldən üstün olan kiprli Georgios Balarcişvili və yunanıstanlı Mikis Tontinidisə qalib gələn estoniyalı Vilyar Lipard layiq görülüblər.


Facebook

Instagram

Youtube

SORĞU


test