• 6 Dekabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8883 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

Bu ilin birinci yarısında mehmanxanaların gəlirləri 12,4 faiz artıb

15:25 29/07/19 | İqtisadiyyat

Bu ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox və ya 187,7 milyon manat olub ki, onun da 66,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,6 faiz (2018-ci ilin birinci yarısında 20,8 faiz) təşkil edib. Bu göstərici Şabranda 48,6 faiz, Naftalanda 47,9 faiz, Bakıda 32,9 faiz, Beyləqanda 30,9 faiz, Qəbələdə 28,2 faiz, Qubada 24,5 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (31,7 faiz) iyun ayında qeydə alınıb.


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?