• 24 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

Azərbaycan üzgüçüsü Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

15:54 29/07/19 | İdman

Azərbaycan üzgüçüsü Maksim Şemberev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına “A” lisenziyası qazanıb.

Bu barədə Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov məlumat verib.

Baş məşqçinin sözlərinə görə, Cənubi Koreyanın Quanqju şəhərində keçirilən Su idman növləri üzrə dünya çempionatında üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Maksim Şemberyev 400 m məsafəyə qarışıq üsulla üzmə yarışında final mərhələsinə yüksəlib: “194 ölkədən 2623 idmançının qatıldığı dünya çempionatında 26 yaşlı idmançımız həlledici mərhələdə 4 dəqiqə 14,10 saniyə nəticə ilə 6-cı yeri tutub. Bu, Azərbaycan üzgüçülük tarixində ilk dəfədir və ən məhsuldar nəticə hesab olunur. Bununla da Maksim Şemberyev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına bir başa iştirak hüququ əldə edib”.

Milli komandanın baş məşqçısı əlavə edib ki, 2019-cu il üçün hazırlıq işləri öz müsbət nəticəsini verməkdədir: "2019-cu ildə nəzərdə tutulan yarışlar cədvəlinə uyğun keçiriləcək turnirlərdən Cənubi Koreyanın Quanqju şəhərində keçirilən Su idman növləri üzrə dünya çempionatına və XV Avropa Gənclər Olimpiya Festivalına xüsusi hazırlaşmışdıq. İdmançılarımızdan Maksim Şemberyev Tokio Yay Olimpiya oyunlarına birbaşa iştirak hüququ qazandı. Digər yarışda da yeniyetmə üzgüçülərimiz öz güclərini sınadılar və çıxışlarını qənaətbəxş hesab etmək olar".


Facebook

Instagram

Youtube

SORĞU


test