• 24 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

Braziliyada 57 məhkumun öldürüldüyü həbsxanada təhlükəsizlik tədbirləri görülməyib

16:40 30/07/19 | Dünya

Braziliyada iyulun 29-da 57 məhkumun öldürüldüyü həbsxanada təhlükəsizlik tədbirləri görülməyib. 

Bu ölkənin Milli Ədliyyə Şurası şimal-şərqi Para ştatında yerləşən Altamira cəzaçəkmə müəssisəsinin heç bir normal tələblərə cavab vermədiyin müəyyən edib. Şura, həmçinin həbsxanada təhlükəsizlik əməkdaşlarının sayının da çox az olduğunu bildirib. Qeyd olunub ki, məhbusların sayına görə dünyanın ən böyük üçüncü həbsxanasının korpusları da məhkumlar tərəfindən tikilib. Bundan başqa, burada hər korpusda 163 məhkum üçün nəzərdə tutulan kameralarda 343 nəfər saxlanılıb. Gözətçilərin sayı isə cəmi 33 nəfər olub.

Həbsxanada kütləvi iğtişaşlar kriminal dəstənin üzvlərinin digər məhkumlarla münaqişəsi ilə başlayıb. Belə ki, 16 nəfəri qətlə yetirən qatı cinayətkarlardan ibarət dəstə həbsxana korpusunu yandırıb və 41 nəfər yanaraq, yaxud tüstüdən boğularaq ölüb. Məhbusların bir çoxu binanın damına çıxaraq alovlardan qurtula biliblər. Cinayətkar qrup cəzaçəkmə müəssisəsinin keşikçilərini də girov götürüb və onları mülki və hərbi polislə danışıqlardan sonra azad edib.

Para ştatının rəsmiləri bildiriblər ki, həbsxanada iğtişaşları törədən cinayətkarlar “Komando Klass A” kriminal dəstənin üzvüdürlər. Bu cinayətkar qrup Braziliyanın ən təhlükəli qatillərindən ibarətdir.


Facebook

Instagram

Youtube

SORĞU


test