• 24 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

Ermənistan hakimiyyətinin ömrü qısa olacaq - Koçaryan

20:00 30/07/19 | Dünya

Ermənistanın indiki hakimiyyətinin ömrü qısa olacaq və bu cür idarəetmə ilə hazırkı baş nazir ikinci dəfə seçilə bilməyəcək. Bu fikri ölkənin sabiq prezidenti Robert Koçaryan “Qolos Armenii” nəşrinə müsahibəsində səsləndirib.

Sabiq prezident bildirib ki, yüksək ehtimalla ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. “Seçicilər populist siyasətçilərin boş vədlərindən təngə gəliblər və seçkilərdə bunu aydın ifadə edəcəklər”, -deyə Koçaryan əlavə edib. Onun sözlərinə görə, Ermənistan müxalifətinin birləşməsi üçün çox əlverişli şərait yaranıb. “Hakimiyyətə qarşı çıxış edən müxalifətin müxtəlif mərkəzləri olacaq, lakin onların arasında fəal qarşılıqlı fəaliyyət yaranacaq. Ölkədə sağlam qüvvələrin konsolidasiyasına böyük ehtiyac duyulur. Bu proses parlament müxalifətinin də fəallaşmasına səbəb olacaq, əks halda onlar öz elektoratını itirəcəklər”, -deyə sabiq dövlət başçısı vurğulayıb.

Koçaryanın sözlərinə görə, payızda müxalifət düşərgəsində hakimiyyətə qarşı birləşmə prosesi başa çatacaq, siyasi mübarizə isə daha sistemli və genişmiqyaslı xarakter alacaq.

Xatırladaq ki, sabiq prezident hazırda həbsdədir. O, 2008-ci ildə konstitusiya quruluşunun devrilməsi cəhdində ittiham olunur.


Facebook

Instagram

Youtube

SORĞU


test