• 24 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

İran milli valyutadan 4 sıfırı atmağa qərar verdi

14:30 31/07/19 | Dünya

İran milli valyuta olan rialdan 4 sıfırı atmağa qərar verib.

Bu gün İranın Nazirlər Kabinetinin iclasında İranın milli valyutasından 4 sıfırın atılması ilə bağlı qərar təsdiqlənib.

İranın Mərkəzi Bankının baş direktoru Əbdülnasir Himmətinin bu haqda dəqiq açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, İranın Mərkəzi Bankının baş direktoru Əbdülnasir Himməti bundan öncə milli valyutadan 4 sıfırın atılması ilə bağlı layihənin Nazirlər Kabinetinə təqdim edildiyini bildirmişdi. Layihəyə əsasən, İran rialından 4 sıfır atılacaq, hazırki 10 min rial 1 tümən olacaq, 1 tümən də yeni tədavülə buraxılacaq 100 riallıq əskinaslara uyğun olacaq.

Hazırda İranda rəsmi məzənnəyə əsasən, 1 dollar 42 min rialdır, qara bazarda isə 1 dolların qiyməti 119-122 min rial arasında dəyişir.


Facebook

Instagram

Youtube

SORĞU


test