• 24 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

Şəmkir RİH-nin başçısı sahibkarlarla görüşüb

11:00 01/08/19 | İqtisadiyyat

Prezident Cənab İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası sayəsində ölkəmizin tərəqqisində yüksək dinamizm təmin olunmuşdur.

Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratmışdır.

Cənab Prezident İlham Əliyevin sahibkarlığın inkişafı, onların yerli investorlara çevirilməsi siyasəti hazırda Şəmkir rayonunda da uğurla icra olunur.

Bu sahədə münasibətlərin düzgün qurulması nəticəsində rayon sahibkarları qeyri-neft sektorunun inkişafı istiqamətində yeni-yeni meqa layihələr həyata keçirir.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sahibkar Tahir Hüseynovun təsərrüfatına baş çəkib, qayğı və çətinlikləri ilə yaxından maraqlanıb, yarana biləcək problemlərin vaxtında aradan qaldırılması üçün aidiyyətli struktur rəhbərlərinə lazımi tapşırıqlar verilib.

Sahədə çalışan işçilərlə tək-tək söhbət edən icra başçısı kartof yığımında da iştirak edib.

Təsərrüfat sahibi tərəfindən Alimpaşa Məmmədova bildirilib ki, kartof 50 hektar ərazidə əkilib və gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır. Ərazidə Şəmkirlə yanaşı, Gəncə şəhərindən, Göygöl, Samux, Tovuz və Daşkəsən rayonlarından 500-ə yaxın işçi qüvvəsi çalışır. Cari idə məhsuldarlığın əvvəlki illərə nisbətən daha çox olduğunu deyən fermer ərazidən toplanan məhsulların gündə 2 min ton olmaqla daxili bazarlara, xüsusilə də Bakı şəhərində yerləşən Meyvəli bazara çıxarıldığını bildirib.

Daha sonra sahibkar Tahir Hüseynova məxsus 2500 ton tutumu olan soyuducu anbara baxış keçirilib.


Facebook

Instagram

Youtube

SORĞU


test