• 24 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

Prezident İlham Əliyev: Azərbaycanın ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb

12:30 01/08/19 | İqtisadiyyat

Ticarət dövriyyəmiz kifayət qədər artıb – 20 faizdən çox. Qeyri-neft ixracımız 15 faiz artıb.

Bu fikirləri Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə səsləndirib.

Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulduğunu deyən ölkə başçısı qeyd edib ki, bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artıb. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb, yəni, plandan əlavə yığılıb və bu da aparılan islahatların təzahürüdür.


Facebook

Instagram

Youtube

SORĞU


test