• 24 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

FHN “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb

14:30 05/08/19 | Sosial

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, avqustun 4-də saat 16:29-da 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat daxil olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 25 texnikası, 120 nəfərlik şəxsi heyətdən ibarət yanğın bölmələri dərhal hadisə yerinə cəlb olunub. “2-ci çağırış”la hadisə yerinə yanğısöndürənlərlə bərabər FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin 43 nəfərlik şəxsi heyəti və 7 texnikası cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 1600 kvadratmetr olan müxtəlif təyinatlı sənaye malları anbarının yanar hissələri və içərisindəki mallar 900 kvadratmetr sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub. Alov saat 19:43-də yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb və saat 23:30-da söndürülüb.

Hadisə zamanı 16-sı FHN əməkdaşı olmaqla 26 nəfər tüstüdən zəhərlənib. Onlardan 17 nəfər (12 nəfər FHN əməkdaşı, 4 nəfər polis, 1 nəfər tibb işçisi) Respublika Toksikologiya Mərkəzinə aparılıb, tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Doqquz nəfərə yerində (“Sədərək” ticarət mərkəzinin ərazisində) tibbi yardım göstərilib.


Facebook

Instagram

Youtube

SORĞU


test