• 4 İyul 2020
  • Dollar: 1.7 , Avro: 1.919 , Rus rublu: 0.0268 Türk lirəsi: 0.3005

Xəzər Dəniz Gəmiçiliyi küləkli hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

17:00 05/08/19 | Sosial

Hazırda Xəzər dənizi akvatoriyasında müşahidə edilən və avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.

ASCO-dan verilən məlumata görə, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.

Bundan başqa, qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

Həftə sonları elektrik qatarlarının hərəkəti dayandırılır



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?