• 22 Oktyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8968 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2935

Sənaye parklarında və məhəllələrində 3 minə yaxın iş yerinin açılması nəzərdə tutulur

19:40 05/08/19 | İqtisadiyyat

Regionlarda dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastrukturla təmin olunmuş 4 sənaye məhəlləsi yaradılıb və 38 iştirakçı qeydiyyatdan keçib. Bu rezidentlərdən hazırda 21-i fəaliyyət göstərir.

Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Belə məhəllələrin digər rayonlarda yaradılması istiqamətində işlərin davam etdirildiyini deyən nazir qeyd edib ki, fəaliyyətdə olan 2 sənaye məhəlləsinin iştirakçıları tərəfindən 41 milyon manatdan çox, o cümlədən bu ilin birinci yarısında 14,5 milyon manatlıq məhsul istehsal olunub.

Ümumilikdə, ölkəmizdə yaradılmış sənaye parklarında və məhəllələrində 11 mindən çox iş yeri açılıb, 3 minə yaxın iş yerinin açılması nəzərdə tutulur.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3