• 20 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8828 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2962

Maksim Kuryaçiy: Ukraynanın ən ağır illərində Heydər Əliyev ölkəmizə əsl dost və qardaş dəstəyi verib

13:00 30/04/18 | Siyasət

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində ölkələrimiz arasında davamlı iqtisadi və siyasi əməkdaşlıq münasibətləri qurulub. Heydər Əliyev Azərbaycan-Ukrayna strateji müttəfiqliyinin, dostluğunun memarıdır.

Bu fikirləri Azərtac-a açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy söyləyib.

“Ukrayna xalqı Heydər Əliyevin xatirəsini çox böyük hörmətlə anır”, - deyən deputat bildirib ki, Azərbaycan ilə Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması məhz Heydər Əliyevin adı ilə bağlıdır.

O deyib: “Ukrayna xalqı bu günə qədər Heydər Əliyevin SSRİ dövründə ölkəmizə etdiyi köməyi xatırlayır. Ukraynanın ən ağır illərində Heydər Əliyev ölkəmizə əsl dost və qardaş dəstəyi verib. 1990-cı illərdə məhsul yığımı zamanı Ukrayna yanacaq böhranı ilə üzləşəndə bizə əsl dost yardımını dahi Heydər Əliyev və Azərbaycan xalqı edib”.

Emil Hüseynli

Azərtac-ın xüsusi müxbiri


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3